hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Fransada ETA lideri həbs edilib

Fransada ETA lideri həbs edilib

İspaniyanın Bask bölgəsinin müstəqilliyi uğurunda mübarizə apardığını elan edən ETA-nın lideri Cosu Ternera Fransada həbs olunub.

Cebhe.info xəbər verir ki, bu barədə İspaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cosu Ternera Fransa və İspaniyanın hüquq-mühafizə orqanlarının keçirdikləri birgə əməliyyat nəticəsində Fransanın Sallançes bölgəsində saxlanılıb. C.Ternera 17 ildir qaçaq həyatı yaşayırmış.

Xatırladaq ki, ETA Avropa İttifaqının terrorçu qruplar siyahısına daxil edilib. Bu qrup 1959-cu ildən 2018-ci ilədək fəaliyyət göstərib. 2017-ci ildə isə ETA fəaliyyətini dayandırdığını elan edib.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 287