hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Fransada koronavirusdan ölənlərin sayı 6,5 min nəfəri keçib

Fransada koronavirusdan ölənlərin sayı 6,5 min nəfəri keçib

Son sutka ərzində Fransada koronavirusdan 600-ə yaxın insan ölüb. Xəstəxanalarda qeydə alınan ölümlərin ümumi sayı 5 mindən çoxdur.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Fransa Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon açıqlamasında deyib.

O bildirib ki, martın 1-dən bu yana xəstəxanalarda koronavirusdan 5091 nəfər həyatını itirib: “Onlardan 588 nəfər son 24 saat ərzində dünyasını dəyişib. Hazırda xəstəxanada müalicə alan 27432 nəfərin 6 mindən çoxu reanimasiya şöbəsindədir”.

Onun sözlərinə görə, bu günə qədər ölkədə 64 mindən çox insanda koronavirus infeksiyası aşkarlanıb.

Salomon qeyd edib ki, mütəmadi qocalar evləri ilə əlaqə saxlanılır, oradakı vəziyyət yaxından izlənilir: “Pandemiyanın başlandığı gündən qocalar evində 1,5 min insan ölüb. Beləliklə, ölkədə ölənlərin ümumi sayı 6,5 mindən çox oldu”.

Qeyd edək ki, martın 17-dən etibarən Fransada əhalinin küçələrdə hərəkəti məhdudlaşdırılıb. Yalnız zəruri hallarda müvafiq orqanlara müraciət əsasında evdən çıxmaq olar.

Cebhe.info


Oxunma sayı: 1640