hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Fransanın Qarabağ qərəzi: “Onların mövqeyi beynəlxalq hüquqa ziddir" - AÇIQLAMA

Fransanın Qarabağ qərəzi: “Onların mövqeyi beynəlxalq hüquqa ziddir" - AÇIQLAMA

Qarabağda 44 günlük savaş Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Azərbaycan öz gücünə Qarabağ münaqişəsinin həllinə nail oldu. Lakin bir sıra qüvvələr ermənipərəst siyasətindən əl çəkmək istəmir. Hələ də işğalçı Ermənistanın tərəfini saxlayır, baş verənlərə qərəzli yanaşır.

Çox təəssüf ki, münaqişədə vasitəçi dövlətlərdən olan Fransanın mövqeyi, ermənipərəst siyasəti təəssüf doğurur”.

Bunu Cebhe.info-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Münaqişənin tarixinə nəzər salam QHT sədri deyib ki, Azərbaycan əslində dünyanı narahat edən böyük bir problemin həllinə nail olub:

“1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlanmış erməni separatçılığı sonradan böyüyərək hərbi toqquşmalara gətirib çıxardı. Ermənistan ordusu, Qarabağdakı erməni terrorçuları ilə birlikdə azərbaycanlılara qarşı qətliam həyata keçirdi. Dağlıq Qarabağ, sonra isə 7 rayon işğal edildi. BMT Təhlükəsizlik Şurası Ermənistan tərəfindən Azərbaycan rayonların işğalı ilə əlaqədar bir neçə qətnamə qəbul edib.

BMT mandatı ilə yaradılan ATƏT Minsk Qrupu 30 il keçsə də işğala son qoyulması istiqamətində heç bir ciddi atmadı. Qurumun üzvü olan həmsədr dövlətlər: ABŞ, Rusiya və Fransa işğalçıya təsir göstərə bilmədi. Lakin Azərbaycan dövləti öz gücünə 44 günlük vətən müharibəsi ilə münaqişənin həllinə nail oldu. Ermənistan son 30 il ərzində Azərbaycana qarşı qanlı terror aktları həyata keçirib. Azərbaycanlılar soyqırıma məruz qoyub.

44 günlük müharibə zamanı da ermənilər öz xislətini göstərdirlər. Bütün dünyanın gözü qarşısında Azərbaycanın mülki əhali yaşayan Gəncə, Bərdə, Tərtər şəhərləri raket hücumuna məruz qaldı. Gəncəyə və Bərdəyə qadağan olunmuş kasetli raketlər atdılar. Nəticə dinc insanlar: qocalar, qadınlar, uşaqlar həlak oldu. Bu, Azərbaycanı, regionu, bütün dünyanı təhdid edən erməni faşizminin bariz nümunəsi idi. Azərbaycan işğalçı erməni ordusunu məhv etməklə dünyanı bu bəladan xilas etdi”.

E.Cəfərli bildirib ki, ATƏT-in Minsk Qrupunun vasitəçi dövlətlərindən olan Fransanı Qarabağdakı separatçılara dəstəyi qərəzdən xəbər verir: “Azərbaycanlılar Fransa da daxil olmaqla bütün Avropanın əziyyət çəkdiyi alman faşizminə qarşı mübarizədə ön sıralarda olub, yüz minlərlə qurban verib. Heç olmasa yaxın tarixi unutmasınlar. Azərbaycan yalnız öz torpaqlarını işğaldan azad edib, insanlarımızı qətlə yetirən, maddi mədəniyyət abidələrini məhv edən erməni terrorçularına qarşı savaşıb.

Fransa parlamentində Dağlıq Qarabağdakı cinayətkar rejimin müstəqilliyini tanımaq haqqında təkliflər var. Azərbaycanın ərazi bütövlüyü həm ikitərəfli, həm də Aİ çərçivəsində Fransa tərəfindən tanınır və dəstəklənir. Fransanın bu addımı beynəlxalq hüquq ayaqaltı etmək anlamına gəlir.

Bu, Azərbaycanın suverenliyinı və ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilə bilər. Fransa yerli özünüidarəetmə qurumları, o cümlədən şəhərlər, bölgələr və bələdiyyələr tərəfindən qəbul olunan qərəzli bəyanatlar Fransanın beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa tamamilə zidd xarakter daşıyır.

Fransanın Qarabağla bağlı qərəzi bu dövlətə nüfuz qazandırmayacaq. Əksinə erməni faşizminə dəstək verdiyi üçün Fransa ciddi qınaqlarla üz-üzə qalacaq. Daxildə etnik problemləri və münaqişələr olan Fransa bununla özünə ciddi problemlər yaradacaq”.

Aydın
Cebhe.info


Oxunma sayı: 1893

Bizim Telegram səhifəmizi izləyin