hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Fransaya cavab: Boykot olacaq?

Fransaya cavab: Boykot olacaq?

Qondarma erməni soyqırımı məsələsi illərdir ki, Qərb dövlətlərində qardaş Tükiyəyə təzyiq vasitəsi olaraq istifadə olunur.

Xüsusilə, Fransada bu istiqamətdə aktivlik nümayiş etdirilir.Bir neçə gün öncə ölkə hakimiyyəti yenidən bu məsələyə qayıdıb.Prezident Emmanuel Makron qondarma “erməni soyqırımı” ilə bağlı qalmaqal yaradacaq addım atıb.

Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının təşkil etdiyi ziyafətdə iştirak edən Emmanuel Makron 2019-cu ildən başlayaraq hər il aprelin 24-ünün Fransada “erməni soyqrımı”nın yad edilməsi günü kimi qeyd olunacağını bildirib: “Fransa 1915-ci il hadisələrini dövrün soyqırımı hesab edən və uzun mübarizədən sonra 2001-ci ildə onu qanunla tanıyan ilk ölkələrdən biridir. Qarşıdakı həftələrdə ölkəmizdə aprelin 24-nü erməni soyqırımını anma günü olaraq qəbul edəcəyimizlə bağlı rəsmi qərarımızı açıqlayacağıq”. Ermənilər tərəfindən torpaqlarımızın 20 faizinin işğalına göz yuman Qərb dövlətlərinin bu səpgili  mövqeyi ikili standartlardan xəbər verir. 613 nəfərin faciəli şəkildə qətlə yetirildiyi, minlərlə insanın əsir götürüldüyü, didərgin düşdüyü Xocalı faciəsinə göz yuman dövlətlər “erməni soyqırımı”na görə hər il yas tutmaq niyyətindədir. Bununla belə müasir dünyanı dövlətlərarası əməkdaşlıq olmadan təsəvvür etmək mümkün deyil.Bu baxımdan, Azərbaycanın dövlət olaraq Fransa ilə əməkdaşlığa son qoyması arzuolunan nəticələr doğura bilməz.Amma bu cür mövqe sərgiləyən dövlətlərlə bağlı ictimai müqavimətin təşkil olunması mümkündür.İctimai təpgilərdən biri də Fransız mallarının boykot edilməsi formasında həyata keçirilə bilər.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Fransa prezidentinin qondarma “erməni soyqırımı”nın yad edilməsi ilə bağlı mövqeyi təkcə Türkiyəyə deyil, həm də Azərbaycana qarşı olan bir qərardır: 

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Hesab edirəm ki, bundan sonra bu ölkənin həmsədr olaraq qalması qeyri-mümkündür.İndiyədək olan mövqe də əsas verirdi ki, biz onların əleyhinə çıxaq.Amma indi də açıq şəkildə özlərinin ermənipərəst mövqelərini ortaya qoyurlar. Ermənistan ayrı bir ölkə, ermənilər ayrı bir toplumdur, burada nə əsas ola bilər ki, onlarla bağlı matəm elan olunsun. Dünyada belə bir praktika yoxdur”.

Akif Nağı hesab edir ki, Fransanın bu mövqeyi Azərbaycan tərəfindən ciddi şəkildə tənqid olunmalıdır, Fransa-Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır, Azərbaycan Fransanın həmsədrliyindən imtina etməlidir: 

“2005-ci ildə də onlar qondarma “erməni soyqrımı”nın tanınmamasına görə cəzanın tətbiq edilməsi ilə bağlı qərar qəbul olunanda da biz buna reaksiya verdik. Fransa səfirliyi qarşısında piketlər keçirdik.Həmin dövrdə də fransız mallarının boykot edilməsi məsələsi ortaya çıxdı.İndi də bu məsələ gündəmə gələ bilər. İctimaiyyət tərəfindən aksiyaların keçirilməsi, fransız malların boykot edilməsi və s. kimi tədbirlər həyata keçirilməlidir. Biz də Qarabağ Azadlıq Təşkilatı olaraq bu məsələnin üzərində düşünürük.Eyni zamanda, dövlət səviyyəsində də Fransanın mövqeyinə qarşı konkret addımlar atıla bilər”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 366