hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Fransızlar loqoda bayrağımızın olmamasına görə üzr istədi

Fransızlar loqoda bayrağımızın olmamasına görə üzr istədi

Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları turnirin loqosunda Azərbaycan bayrağının yer almamasına görə üzr istəyib.

Cebhe.info xəbər verir ki, Fransa Güləş Federasiyası bununla bağlı Azərbaycan Güləş Federasiyasına məlumat verib. Onlar sözügedən loqonun daha əvvəl hazırlandığını, bu səbəblə orda Azərbaycan bayrağının yer almadığını bildiriblər. Fransa qurumu bu hadisəyə görə Azərbaycan Güləş Federasiyasından üzr istəyib.

Qran-pri 15 – 17 yanvarda olacaq.

Cebhe.info


Oxunma sayı: 848

Bizim Telegram səhifəmizi izləyin