hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Fuad Muradov İspaniya radiosuna müsahibə verdi

Fuad Muradov İspaniya radiosuna müsahibə verdi

İspaniyanın “COPE Espanya” radiosu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müsahibəsini yayımlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müsahibə zamanı Azərbaycan diaspor sisteminin yaradılma mexanizminə aydınlıq gətirilib, dünyanın 50-dən çox ölkəsində yaşayan və fəaliyyət göstərən soydaşlarımız və diaspor təşkilatları, Koordinasiya Şuraları, Azərbaycan Evləri, diaspor gənclərinin Yay Düşərgələri, Azərbaycan Diasporuna Dəstək Fondunun təsis olunması barədə ətraflı məlumat verilib.

COVID-19 pandemiyası, Ermənistanın Tovuz təxribatları və ölkəmizin Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə suallar Komitə sədri tərəfindən ətraflı cavablandırılıb.

Müsahibənin linki: https://www.cope.es/emisoras/cataluna/barcelona-provincia/barcelona/migdia-cope-catalunya-i-andorra/audios/enfrentamiento-belico-azerbaiyan-armenia-este-verano-nunca-tuvo-origen-religioso-20201231_1318669

Cebhe.info


Oxunma sayı: 1904

Bizim Telegram səhifəmizi izləyin