hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Fuad Qəhrəmanlı Əli Kərimlinin müavinliyindən İSTEFA VERDİ

Fuad Qəhrəmanlı Əli Kərimlinin müavinliyindən İSTEFA VERDİ

Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib.

Cebhe.info xəbər verir ki, o, bu haqda "Facebook"-da məlumat paylaşıb: “Mənimlə bağlı yaranmış vəziyyət bəhanə edərək təşkilata qarşı səlib yürüşünə keçiblər. Hər zaman təşkilat və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki, təşkilata bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmuşam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan öncə 4-5 il öncə konfliktli situasiya zəminində qısamüddətli ailədaxili münaqişə yaşamışam.

Baş verənlərə görə də peşmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub. Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən, onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram. Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, təşkilatın nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas ğötürərək, sədrin müavini postundan istefa verirəm".

Cebhe.info


Oxunma sayı: 22870