hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Füzuli hava limanında müzakirə - VİDEO

Füzuli hava limanında müzakirə - VİDEO

Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin növbəti buraxılışı tikilməkdə olan Füzuli hava limanının ərazisindən yayımlanacaq.

Cebhe.info-ya AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına görə, Elnar Məmmədlinin təqdimatında efirə gedəcək verilişdə hava limanının işğalda azad olunmuş bölgələr üçün əhəmiyyəti müzakirə olunub.

Müzakirədə verilişin qonaqları deputat Vüqar Bayramov, siyasi şərhçi Vüqar Zifəroğlu və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanov iştirak edib.

Müzakirələr hava limanının isitfadəyə veriləcəyi müddət, bu aeroportun bütövlükdə bölgədə turizmin və iqtisadiyyatın inkişafında rolu istiqamətində aparılıb.

“Əsas məsələ” verilişi bu axşam, mayın 3-də saat 22:00-da AzTV-də yayımlanacaq.

Cebhe.info


Oxunma sayı: 573