hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Füzuli hava limanının əhəmiyyəti nədir? – DEPUTAT AÇIQLADI

Füzuli hava limanının əhəmiyyəti nədir? – DEPUTAT AÇIQLADI

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dünən Füzuli rayonunda həyata keçirilən infrastruktur layihələrinin icrası ilə tanış olublar.

Ölkə rəhbəri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini də qoyub.

Millət vəkili Vüqar Bayramov Cebhe.info-ya bildirib ki, Füzuli şəhəri və rayonun ərazisinin əhəmiyyətli hissəsinin 27 il işğal altında qalması rayon iqtisadiyyatına təsirsiz ötüşməyib:

“1993-cü ilədək ölkə iqtisadiyyatına və xüsusən də kənd təsərrüfatına töhfələr verən Füzuli rayon ərazisinin əhəmiyyətli hissəsinin işğal altında qalması nəticəsində uzun müddət öz potensialından tam istifadə edə bilməyib. Həmin dövrdə rayonda illik məhsul istehsalı 138 milyon 652 min manat olub ki, bu da 27 illik işğal nəticəsində rayon potensialının əhəmiyyətli hissəsinin istifadə edilə bilmədiyindən xəbər verir. Füzuli rayonu artıq bərpa olunur. Formalaşan infrastruktur yalnız Füzuli rayonu deyil, bütövlükdə bölgə üçün xüsusi əhəmiyyət daşıyır. 110/35/10 kilovoltluq Füzuli yarımstansiyası rayonun enerji təminatında xüsusi paya malik olacaq.

İnşa edilən yeni hava limanın və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya liman da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək. Füzuli hava limanı isə uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq.

Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlinin qoyulması Zəfər Yolunun daha intensiv şəkildə inşaatından xəbər verir.

Bütövlükdə, bu gün Füzuli rayonunda formalaşdırılan infrastruktur bölgənin inkişafına xüsusi töhvə verəcək. Bu həmçinin məcburi köçkünlərin öz ata-baba yurdlarına daha tez qayıda biləcəyi anlamına da gəlir”.

Nigar
Cebhe.info


Oxunma sayı: 1090