hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Füzulidən olan deputat xalqı təbrik etdi: "Qarabağımıza həyat qayıdacaq"

Füzulidən olan deputat xalqı təbrik etdi: "Qarabağımıza həyat qayıdacaq"

"Füzuli şəhəri Bizimdir!

Erməni quldurlarının Gəncə şəhərində törətdikləri terror hadisəsi zamanı dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaralılara isə şəfa diləyərək Füzuli şəhərinin və kəndlərinin işğaldan azad olması münasibəti ilə bütün füzulilərə, bütün xalqımıza gözaydınlığı verirəm".

Cebhe.info xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramiv deyib.

"Bu gün Füzuli rayon tarixinin ən şərəfli günlərindəndir. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbyacan Ordusu! Var olsun mərd və qorxmaz xalqımız! Füzuli daxil olmaqla bütün torpaqlarımızın azad olunması uğrunda şəhid olan vətəndaşlarımıza Allah rəhmət eləsin, yaralananlara Allahdan şəfa diləyirəm.

Qarabağ böyük quruculuq dönəminə daxil olur. Erməni quldurları tərəfindən dağıldılmış Füzuli şəhəri, kəndlərimiz və bütövlükdə işğaldan azad olmuş bütün torpaqlarımız qısa zamanda bərpa olunacaq və yenidən Qarabağımıza həyat qayıdacaq.

Qarabağ Azərbaycandır və əbədi bizim olacaq!",-deyə o əlavə edib.

Naibə
Cebhe.info


Oxunma sayı: 793

Bizim Telegram səhifəmizi izləyin