hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Füzulinin yaşayış məntəqələrinin qazlaşdırılması davam edir

Füzulinin yaşayış məntəqələrinin qazlaşdırılması davam edir

"Füzuli rayonunun sakinlərin məskunlaşdığı sonuncu kəndinə də mavi qaz çəkilişinə başlanılıb”.

Cebhe.info xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

“Füzuli rayonunda qazlaşdırılmadan kənarda qalan Gecəgözlü kənd yatağında məskunlaşmış 50 ailəyə yaxın məcburi köçkünün yaşadığı evlərin, eləcə də Horadiz şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən 92 və 93 saylı binaların qaz təminatı ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə ünvanlandığım deputat sorğusu müsbət cavablandırılıb və artıq mavı qaz xəttinin çəkilməsinə başlanılıb".

Deputat bildirib ki, sözügedən ərazilərin qaz ilə təminatı üçün artıq texniki işlərə start verilib:

“Sakinlərimizin çətinliyinə həssas yanaşıb, qısa zamanda lazımi tədbirlər gördüyünə görə SOCAR və “Azəriqaz” İstehsalat Birliyinə təşəkkür edirəm".

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 925

Bizim Telegram səhifəmizi izləyin