t Gömrük nəzarətindən gizlədilən 14 min siqaret aşkarlandı
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Gömrük nəzarətindən gizlədilən 14 min siqaret aşkarlandı

Gömrük nəzarətindən gizlədilən 14 min siqaret aşkarlandı

Gürcüstandan gələn avtomobildə siqaret aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21 07" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının gizli saxlanc yerlərində xüsusi qaydada hazırlanan paketdə gömrük nəzarətindən gizlədilən, üzərində "King" yazılan 14 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 1189