t Görkəmli bəstəkar Şəfiqə Axundovanın doğum günüdür
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Görkəmli bəstəkar Şəfiqə Axundovanın doğum günüdür

Görkəmli bəstəkar Şəfiqə Axundovanın doğum günüdür

Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür.

Cebhe.info xəbər verir ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub.

Axundova həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.

1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Uzun müdddət ürək xəstəliyindən əziyyət çəkən Xalq artisti iyulun 26-da 2013-cü ildə vəfat edib.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 606