hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun anım günüdür

Görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun anım günüdür

Azərbaycanın ictimai fikir tarixində əhəmiyyətli yeri olan, görkəmli hüquqşünas, jurnalist, güclü diplomat, siyasətçi, maarif və dövlət xadimi, məşhur vəkil kimi tanınan Əlimərdan bəy Topçubaşovun anım günüdür.

Cebhe.info-nun məlumatına görə, Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1862-ci ildə Tiflis şəhərində anadan olub. Orta təhsilini birinci Tiflis gimnaziyasında alıb.

1888-ci ildə Peterburq Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Bakıda Azərbaycan mətbuatının banisi, görkəmli ictimai xadim Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə həyatı qurub. Təxminən on ilə yaxın Bakıda vəkil işləyən Ə.Topçubaşov 1898-ci ildən “Kaspi” qəzetində çalışıb.

Onun təşəbbüsü, ciddi hazırlığı və rəhbərliyi altında 1905-ci ilin avqustundan başlayaraq Rusiya şəhərlərində Ümumrusiya müsəlmanlarının qurultayları keçirilib. Qurultayda Qafqaz, Krım, Kazan, Ural, Türküstan və Sibirdən nümayəndələr iştirak edib.

Çar hökuməti Ə.Topçubaşovu həmişə təqib edib.

O, bir vəkil kimi təkcə Azərbaycanda yox, bütün Rusiyada məşhur idi. O, Peterburq məhkəmələrində vəkil kimi çıxış edib öz həmvətənlərinin dəfələrlə ąządlığa buraxdırılmasına nail olmuşdu. 1917-ci ildə baş vermiş fevral burjua-demokratik inqilabından sonra Ə.Topçubaşov yeni yaranmış Azərbaycan Milli Şurasının müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib.

1918-ci ilin 28 mayında Aərbaycan Demokratik Respublikası elan olundu. Ə. Topçubaşov həmin ilin avqust ayında heç bir partiyaya məxsus olmayan, bitərəf Fətəlixan İskəndər oğlu Xoyskinin (1875-1920) Baş nazir olduğu kabinetdə xarici işlər naziri vəzifəsinə təyin olunub və elə həmin ay Gəncədən Türkiyəyə göndərilib.

Ə.Topçubaşov Amerika, İngiltərə, Türkiyə, İran və başqa dövlətlərin nümayəndələri ilə səmərəli danışıqlar aparıb. Birbaşa Amerika prezidenti V.Vilsonla görüşərək Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin tanınmasına yardım göstərməyi xahiş edib. Ancaq Türkiyə və azərbaycandan torpaq iddiasında olan Ermənistan nümayəndələri və rus şovinistləri bu təşəbbüsləri pozmağa çalışıblar.

Öz dövrünün görkəmli ictimai xadimi, vəkili və alimi olan Əlimərdan bəy Topçubaşov 1934-cü il noyabrın 8-də Parisin San-Kloyd rayonunda vəfat edib və orada dəfn olunub.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 408