hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Görkəmli kino rejissoru Rasim Ocaqovun anım günüdür

Görkəmli kino rejissoru Rasim Ocaqovun anım günüdür

Azərbaycan kino rejissoru, kino operatoru, ssenaristi, Azərbaycanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Rasim Ocaqovun bu gün anım günüdür.

Cebhe.info-nun məlumatına görə, Rasim Ocaqov 1933-cü ildə Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino operatorluğu fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kino studiyasında quruluşçu-operator, sonra quruluşçu rejissor işləyib.

1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) flimi R. Ocaqovun ilk sərbəst işi idi. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursanə" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

Rejissor kimi ilk işi isə 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olub. Onun ikinci rejissor işi "Tütək səsi" filmidir. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib.

Bundan sonra çəkdiyi "Həm ziyarət, həm ticarət", "İstintaq" filmləri ilə şöhrət tapıb. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunub, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açıb.

Rasim Ocaqov 2006-cı ildə Bakıda vəfat edib.

Əhməd
Cebhe.info


Oxunma sayı: 881