hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazehin anım günüdür

Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazehin anım günüdür

Bu gün görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazehin anım günüdür.

Cebhe.info-nun məlumatına görə, Mirzə Şəfi Sadıq oğlu Vazeh 1794-cü ildə Gəncə şəhərində anadan olub. Onun atası Kərbəlayı Sadıq Gəncə hakimi Cavad xanın sarayında memar-bənna işləyib. Çox dindar bir kişi olub. Gənc yaşlarında Kərbəlaya gedib, oranı ziyarət etdikdən sonra ömrünün axırına qədər oruc tutub namaz qılmağı unutur. Kərbəlayi Sadığın iki oğlu olub: Əbdüləli və Məhəmmədşəfi. Böyük oğlunun bənnalıq işlərinə həvəsli olduğundan atası ona öz sənətini öyrədir, kiçik oğlu Məhəmmədşəfini isə ruhani etmək məqsədilə Gəncədə Şah Abbas məscidi yanındakı mədrəsəyə qoyur.

Qısa müddət ərzində sərbəst oxuyub yazmağa başlayan zehinli Şəfi burada, həmçinin ərəb və fars dillərini öyrənir, bu dillərdə yaranmış böyük ədəbiyyatın klassik nümayəndələrindən (Sədi, Xəyyam, Nizami) yaradıcıllığı ilə tanış olur. 1804-cü ilin başlanğıcında çar Rusiyanın qəsbkar qoşunları ilə döyüşdə Cavad xan öldürüldükdən sonra istilaçılar Gəncəni ələ keçirirlər. Şəhərdə başlanan qarmaqarışıqlıq döyüşdən çıxmış əhalinin vəziyyətini daha da ağırlaşdırır. Güclü zərər çəkənlərdən biri də Kərbalayi Sadığın ailəsi olur.

Tamam var yoxdan çıxan bu adam ağır iztirablar içərisində xəstələnir və az sonra vəfat edir. Çox keçmir ki, Şəfi anasını və qardaşını da itirir. O, təhsilini yarımçıq qoyur və mədrəsədən uzaqlaşır. Gəncə məscidinin bir hücrəsində məskunlaşır və müxtəlif kitabların üzünü köçürməklə məşğul olur.

Bu məşğuliyyəti ona Mirzə adını qazandırır. Mirzəlik etdiyi zamanlar Şəfi kitab üzü köçürtmək üçün onunla sıx görüşən sufi məsləkli ziyalı Hacı Abdulla ilə tanış olur. Hacı Abdulla ilə söhbətlər Şəfinin onunla möhkəm dostluğuna çevrilir.

Mirzə Şəfinin şerləri 1851-ci ildə özündən də xəbərsiz Avropada "Mirzə Şəfenin nəğmələri" adı altında alman dilində çap olunur. Şairimizn nəğmələri Avropada geniş əks-səda doğurur və dəfələrlə, özü də artıq Avropanın digər dillərinə də tərcümə olunur.

Lakin Bodenşdet bu əsərlərin ona məxss olduğunu bütün Avropaya inandırmağa çalışır. Kitabın adının Mirzə Şəfə qoymasını isə sadəcə Avropalıların diqqətini cəlb etmək məqsədilə bir şərq elementi kimi izah edir. 

Mirzə Şəfi Vazeh 1852-ci ildə Tiflisdə vəfat edir və şəhərin müsəlman qəbiristanlığında dəfn edilir.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 760