hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Görkəmli yazıçının doğum günüdür

Görkəmli yazıçının doğum günüdür

Bu gün görkəmli yazıçı, ssenarist Fərman Kərimzadənin doğum günüdür.

Cebhe.info xəbər verir ki, Fərman İsmayıl oğlu Kərimzadə 3 mart 1937 – ci ildə Ermənistan Respublikasının Vedi rayonunun Böyük Vedi kəndində anadan olub.. İbtidai təhsilini orada alıb, orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi olub. Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işləyib.

F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilb), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.

F.Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat edib.
Aydın
Cebhe.info


Oxunma sayı: 1904