hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Göyçay və Ağdaş rayonlarına çəkilən qaz xəttinin açılışı oldu

Göyçay və Ağdaş rayonlarına çəkilən qaz xəttinin açılışı oldu

“Azəriqaz” İstehsalat Birliyi qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması ilə bağlı tədbirləri davam etdirir. 

“Azəriqaz” İstehsalat Birliyindən Cebhe.info-ya verilən məlumata görə, bu ilin dövlət proqramına uyğun olaraq daha bir yaşayış məntəqəsi - Göyçay rayonunun Mollahacılı kəndinin qazlaşdırılması başa çatdırılıb və bu münasibət ilə tədbir keçirilib. Mərasimdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “Azəriqaz” İB-nin Göyçay Regional qaz istismarı İdarəsinin işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 69 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 6074 metr olan metal borulardan istifadə olunub, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına şərait yaradır. Sonra məşəl alovlandırılmaqla kəndə təbii qaz verilib.

Onu da qeyd edək ki, bu gün Ağdaş rayonunun Yuxarı Ləki kəndindəki yeni yaşayış massivinə də qaz verilib. Burada isə 136 abonent mavi yanacaqla təmin olunub.

Cebhe.info


Oxunma sayı: 815