hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Göyçay və Balakəndə yanğın

Göyçay və Balakəndə yanğın

Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 35 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tövləyə bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 80 kq xurma qurusu yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cebhe.info
 


Oxunma sayı: 452