hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Göydə “Formula-1”: Cəmi 2 sutkaya... - VİDEO

Göydə “Formula-1”: Cəmi 2 sutkaya... - VİDEO

Yerin ətrafında ən sürətli səyahət planlaşdırılır. 

Belə ki, yola salınacaq ekipaj Yerin ətrafını cəmi 2 sutkaya dövrə vurmaq niyyətindədir. 

Cebhe.info xəbər verir ki, dünyanın diqqətlə izlədiyi kosmonavtlar budəfəki səyahətə tamamilə əliboş gediblər. Hər bir əlavə kiloqram rekorda mane ola bilər. Komanda üzvləri əvvəllər də bir yerdə bəzi layihələrdə fəaliyyət göstəriblər. 

Marşrut ümumən 41 526 km məsafəni əhatə edəcək. Nur-Sultan şəhəri planlaşdırılan 3 dayanacaqdan biridir. 9 iyulda ABŞ-dan başlayan səfər elə orada 11 iyulda başa çatacaq. 

Burada saniyələrin də söhbəti gedir. Çünki məhz bu saniyələr səfərin rekord olub-olmadığını müəyyən edəcək. Kosmonavtların budəfəki iş mexanizmi "Formula-1" yarışlarından götürülüb. 

Beynəlxalq ekipajın tərkibində 10 nəfər var. Onlar Rusiya, Böyük Britaniya, ABŞ, Danimarka, Cənubi Afrika, Ukrayna, Almaniyanı təmsil edir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 562