hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Göydən qaçqın yağır - Avropada

Göydən qaçqın yağır - Avropada

30 iyun 2019-cu ildə Londonun cənub bölgəsində- Hitrou Hava Limanına giriş yolunun yaxınlığında göydən bir nəfər düşüb.

O, sığınacaq axtarmaq üçün gələn şəxs olub və bağında dincələn Con Baldokdan bir metr aralıya düşüb.

Cebhe.info xəbər verir ki, “Www.germania.one”nin paylaşdığı məlumatda belə deyilir.

Polis ciddi araşdırmadan sonra “Keniya Airways”ə məxsus təyyarədən düşən bu şəxsin sığınacaq axtaran şəxs olmasını müəyyən edib. Polis onun fotosunu yenidən yaratmağa da müvəffəq olub. İstintaq göydən düşən adamın açıq-aydın bir keniyalı qaçqın olduğunu bildirib. Bildirilir ki, o, Nayrobidən uçan təyyarənin eniş qurğusundan, təxminən 1000 metr yüksəklikdən yıxılıb.

Şahid də bildirib ki, göydən düşən şəxs yıxıldığı üçün tanınmaz hala düşüb. Polisin dediyinə görə, qurban yıxılmazdan əvvəl ölübmüş. Göydən düşən qaçqının şəxsiyyəti hələ də müəyyən olunmayıb.
Xəzər
Cebhe.info


Oxunma sayı: 661