t Göyərtəsində 38 nəfər olan Çili hərbi təyyarəsi "yoxa çıxıb"
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Göyərtəsində 38 nəfər olan Çili hərbi təyyarəsi "yoxa çıxıb"

Göyərtəsində 38 nəfər olan Çili hərbi təyyarəsi "yoxa çıxıb"

Hərbi təyyarə 38 nəfərlik heyətlə Antarktika istiqamətində "yoxa çıxıb", Çili Hava Qüvvələri bildirib.

C-130 Hercules nəqliyyat hava gəmisi yerli vaxtla saat 16:55-də (19:55 GMT) Punta Arenas-dan havaya qalxıb. Çox keçmədən, təxminən saat 18:00-da (GMT 21:00) operatorlar əlaqəni itiriblər.

"Yoxa çıxanların" arasında 17 yeni heyət üzvü və 21 nəfər maddi-texniki dəstəyi göstərmək üçün səfərə çıxmış sərnişinlər olub.

Çili Hava Qüvvələri "itmiş şəxsləri və təyyarəni axtarış və xilasetmə işlərinin planlaşdırıldığını" bildirib.

EFE Xəbər Agentliyi təyyarədəki şəxslərin 3-nün mülki şəxslər olduğunu xəbər verir.

Hava Qüvvələrinin generalı Eduardo Mosqueira yerli mediaya "təyyarənin yoxa çıxmazdan əvvəl heç bir həyəcan siqnalı vermədiyini" deyib.

O, Deyib ki, təyyarə səyahət edərkən yanacaq tükəndiyi üçün King George adasındakı Çili prezidenti Eduardo Frei Montalva bazasına eniş etmək məcburiyyətində qala bilər.

Axtarışlara kömək etmək üçün iki F-16 qırıcı təyyarəsi və dörd gəmi göndərilib.

Çili Prezidenti Sebastian Pinera sosial mediada yazdığı tweet-də təyyarənin itkin düşməsindən "kədərləndiyini" bildirib, o, paytaxt Santyaqoda yerləşən Cerrillos Hava Bazasından vəziyyəti izləyirdi.

Cebhe.info


Oxunma sayı: 848