hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək

Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək

Aprelin 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçiriləcək. 

Cebhe.info xəbər verir ki, Gülnar Səma AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. “Sözümüz sözdür” kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilib. Kitabının elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. 

Kitabın üz qabığının fotoqrafı Nofəl Ümiddir. İştirak etmək istəyən hər kəs təqdimata dəvətlidir. 

Aydın
Cebhe.info


Oxunma sayı: 1584