hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Gülnarə Kərimova müğənni və yumoristi işdən qovdurdu - FOTO

Gülnarə Kərimova müğənni və yumoristi işdən qovdurdu - FOTO

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanı dəstəklədiyinə görə 2 nəfər işdən azad edilib.

Cebhe.info xəbər verir ki, Özbəkistandakı Z`or TV rəhbərliyi müğənni Cahangir Poziljonov və yumor ustası Həlimə İbrahimovanın müqaviləsinə xitam verib.

Onlar hər ikisi hazırda həbsdə olan Gülnarə Kərimovaya dəstək nümayiş etdirib.

Bu iki şəxsin iştirakı ilə çəkilən bütün reklam materilları yayımdan yığışdırılıb. Həmçinin Daşkəndin müxtəlif ərazilərindən onların reklam şitləri də çıxarılıb.

Müğənni Cahangir Z`or TV-də “Xantaxta” və “Bacılar” proqramlarının aparıcısı olub. İndi onun yerinə hər iki proqramı Otabəy Mirzəhalov aparır. Yumor ustas Həlimə isə "Sitro Shou"-dan kənarlaşdırılıb.

Həmçinin G.Kərimovanın azad edilməsi üçün çağırışlar edən müğənnilər Reyhan Qəniyeva və Zieydə Kabilovanın da efirlərə qadağa qoyulub.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2509