hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Gülyanaq Məmmədovanın doğum günüdür

Gülyanaq Məmmədovanın doğum günüdür

Bu gün Xalq artisti Gülyanaq Məmmədovanın doğum günüdür.

Cebhe.info xəbər verir ki, Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992-1996-cı illərdə A.Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində, 1996-2000- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr və kino aktyoru fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən kimi R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 

1995-1997-ci illərdə İsveçin Malmo şəhərində “Malmo” festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Honnover şəhərində “EKSPO – 2000” sərgisində, 2000-ci ildə Türkiyədə “Boğaziçi” festivalında İstanbul – Ankara şəhərlərində konsertlər verib.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Azərbaycanın Xalq artisti, xanəndə Gülyaz Məmmədovanın bacısıdır.

Əhməd
Cebhe.info


Oxunma sayı: 551