hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Gündə 48 manat alan vəkillər: Kollegiya sədri "yaxşı məbləğdir" deyir

Gündə 48 manat alan vəkillər: Kollegiya sədri "yaxşı məbləğdir" deyir

"Azərbaycanda dövlət hesabına vəkillik xidməti göstərənlərə ödənilən xidmət haqqının vergilərdən azad edilməsi çox yaxşı olar".

Cebhe.info bildirir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən ilin fevralına qədər vəkillərə dövlət tərəfindən bir saatlıq vəkillik fəaliyyəti üçün 2 manat ödənilirdi. Lakin ötən ilin fevral ayından Prezident İlham Əliyevin sərəncamı ilə bu xidmət haqqına görə ödənişin məbləği 3 dəfə artırıldı. Hazırda vəkillərə bir saatlıq fəaliyyəti üçün 6 manat ödənilir.

A.Bağırov digər region ölkələri ilə müqayisədə bunu normal məbləğ hesab edib:

"Əgər vəkil 8 saat ərzində dövlət hesabına hüquqi yardım göstərərsə, bu, gün ərzində 48 manat ödəniş edir. Bu, heç də az məbləğ deyil. Lakin orada bir məqam var. Hesab edirəm ki, bu məsələ gələcəkdə müzakirə obyekti olmalıdır. Bu məbləğə ƏDV və digər vergilər də daxildir. Vəkillik xidməti dövlət hesabına olduqda bu vəsait vergilərə cəlb olunmasa, daha yaxşı olar. Nəzərə almaq lazımdır ki, bu, güzəştli məbləğdir. Məncə, 6 manat vergidən azad edilsə, daha yaxşı olar". (trend)

Cebhe.info


Oxunma sayı: 2256