hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Günəş tanrısına təzimlə başlayan hakimiyyət: Yeni imperator taxtı təhvil aldı

Günəş tanrısına təzimlə başlayan hakimiyyət: Yeni imperator taxtı təhvil aldı

Yaponiyanın yeni imperatoru Naruxito taxta oturur. 

Cebhe.info xəbər verir ki, bu münasibətlə keçirilən ayində ənənəyə uyğun olaraq monarx ağ libasda Kasikodoroko məbədinə gedib, Günəş tanrısına təzim edib.

Əsas mərasim isə İmperator sarayında keçirilir. Mərasimə 2 mindən artıq iştirakçı dəvətlidir, onların arasında dövlət və hökumət nümayəndələri, xarici qonaqlar və əsilzadə ailələrinin təmsilçiləri var.

Baş nazir yeni imperatoru təbrik etdikdən sonra 3 raundda "banzay" ayini keçiriləcək. Bu, imperatora uzun ömür arzulandığı ayindir.

Məlumat üçün bildirək ki, əvvəlki imperator Akixito yaşı ilə əlaqədar taxt-tacdan əl çəkdiyini 20 apreldə açıqlamış və o zamandan etibarən oğlu Naruxito monarx titulu almışdı.

Xəzər
Cebhe.info


Oxunma sayı: 793