hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Güneyli fəal həbsxanada döyülüb

Güneyli fəal həbsxanada döyülüb

Təbrizin mərkəzi həbsxanasında aclıq edən Güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari aksiyasının 7-ci günündə təzyiqlərə məruz qalıb.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının 

Cebhe.info-ya verdiyi məlumata görə, həbsxana məsulları Əmir bəyi döyüblər. Bu xəbər fəalın ailəsi və yaxınlarının narahatlğına səbəb olub: “Etibarlı mənbədən aldığımız məlumata görə, aclıq aksiyası keçirən fəal həbsxananın xüsusi bölümünə köçürüldükdən sonra iyunun 16-da təhdid edilib və döyülərək təkadamlıq kameraya aparılıb. Əmir Səttari iyunun 10-dan aclıq aksiyasına başlayıb. O ötən həftə bir səs faylı yayaraq hansı səbəbdən aclığa başladığını bildirib. Fəal cinayət işindəki nöqsanlara və  məhkəmə prosesinin ləngiməsinə etiraz olaraq aclıq etdiyini deyib. O dosyesindəki iradları təhlükəsizlik orqanlarının qanunsuz müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirib”. 

Qeyd edək ki, Təbriz sakini olan Əmir Səttari universitetdə humanitar elmlər üzrə təhsil alır. O, 2018-ci il iyulun 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi həbsxanasına müraciət edib. Fəal 2018-ci il yanvarın 1-də qondarma “daxili təhlükəsizliyinin əleyhinə təbliğat aparma, qeyri-qanuni  toplaşma” ittihamı ilə Təbrizdə Apelyasiya Məhkəməsinin qərarı ilə 7 ay həbs cəzasına məhkum edilib. Əmir Səttari həmçinin sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Hazırda onun işinə  Apelyasiya Məhkəməsinin 3-cü şöbəsində baxılır. Əmir Səttari Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 1387