hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Güneyli fəal sürgünə göndəriləcək: Qərar

Güneyli fəal sürgünə göndəriləcək: Qərar

Tehran Əyaləti Apelyasiya Məhkəməsi Güney azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmiradın barəsində çıxarılan 6 aylıq həbs hökmünü təsdiqləyib. 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, fəal elektron məktubu vasitəsi ilə məhkəməyə çağırılıb. İyunun 12-də Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsinə müraciət edib, ona həbs qərarının qüvvədə saxlandığı barədə məlumat verilib. Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi 2018-ci il iyul ayında keçirilən ənənəvi Babək qalası yürüşü ilə əlaqədar saxlanılan azərbaycanlı fəallar İbrahim Nuri və Cəfər Rüstəmirad barəsində ağır hökm çıxarıb. Məhkəmə qərarına görə, İbrahim Nuri 18 ay, Cəfər Rüstəmirad isə 6 ay həbs cəzasına məhkum edilib. Fəalların ikisi də hər hansı qrup və ictimai-siyasi birliyə üzv olmaq, eləcə də jurnalist fəaliyyətindən məhrum edilib. Həmçinin hökmə əsasən, İbrahim Nuri Əfqanıstan sərhəddində yerləşən Nehbəndan şəhərinə 2 il müddətinə sürgünə göndəriləcək. Şifahi olaraq açıqlanan hökmdə qeyd olunub ki, Cəfər Rüstəmiradın cinayət işində olan bundan əvvəlki 7 aylıq həbs cəzası, budəfəki məhkəmə hökmünə əsas verən dəlillərdən biri kimi qəbul olunub. 

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı 2018-ci ilin avqust ayında Babək qalası yürüşü və Savalan dağında keçirilən  aksiya zamanı  tutulan azərbaycanlı fəallarla bağlı ingilis, fars və türk dillərində bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını və digər tutulan fəallara bəraət verilməsini tələb edib. İran rejimi tələbə əməl etməyib, əksinə milli fəallara qarşı təzyiqləri davam etdirib.

Aydın
Cebhe.info


Oxunma sayı: 1189