hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Güneyli məhbusa qarşı kobud qanun pozuntusu

Güneyli məhbusa qarşı kobud qanun pozuntusu

Kərəcin Rəcayişəhr zindanında məhbus həyatı yaşayan Güney azərbaycanlı milli-mədəni fəal Lətif Həsəni bir neçə aydır ki, məzuniyyət hüququndan istifadə edə bilmir. 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Lətif Həsəni 4 il əvvəldən hər 4 ayda 3-5 gün məzuniyyətə buraxılsa da, o son 15 ayda yalnız bir dəfə məzuniyyətə çıxa bilib. Deyilənlərə görə, bundan əvvəl prokurorluğun nümayəndəsi bildirib ki, bu qərar Lətif Həsəninin yanlış davranışlarına görə qəbul olunub. Qeyd edək ki, qanuna əsasən məzuniyyət imtiyaz deyil, məhbusların hüququdur. Hüququn tənbeh məqsədi ilə təmin edilməməsi isə qanun pozuntusudur. Lətif Həsəni Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən qondarma ittihamlarla 8 il həbs cəzasına məhkum edilib. 

Təxminən 7 ildir həbsdə olan fəal hazırda cəzasını Kərəcin Rəcayişəhr zindanının 4-cü korpusunda çəkir.

Fəal bir siyasi məhbus kimi bu müddətdə məhbuslara aid bir çox hüquqdan məhrum edilib.

Aydın
Cebhe.info


Oxunma sayı: 793