hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Güneyli milli fəal Əlirza Amanbəyli vəfat etdi

Güneyli milli fəal Əlirza Amanbəyli vəfat etdi

Uzun illər Azərbaycan Respublikasında yaşayan Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Amanbəyli vəfat edib. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş. Əlirza bəy Azərbaycan vətəndaşlıq hüququ da almışdı. 

Mərhumun yaxın qohumu, şair Sayman Aruz məlumatı təsdiq edib: “Təəssüflə bildirmək istəyirəm ki, bacanağım, uzun illər ömrünü Güney Azərbaycan milli azadlıq hərəkatına sərf edən, həyatını mühacirət və tənhalıqda keçirən Əlirza Amanbəyli haqq dünyasına qovuşub”.

S.Aruz qeyd edib ki, mərhumun üç mərasiminin vaxtı və məkanı müəyyən olandan sonra elan ediləcək.

Qeyd edək ki, Əlirza Amanbəyli Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Mərkəzi Komitəsinin üzvü olub.

2006-ci ildən 2011-cilin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətinin və dak.az saytına rəhbərlik edib.

2011-ci ilin oktyabrından fəaliyyətini Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini və Güney Azərbaycan departamentinin sədri kimi davam etdirib.

Əlirza Amanbəylinin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Avropa mətbuatında Güney Azərbaycan türklərinin milli hüquq və azdlıqları mövzularında çoxlu sayda müsahibə və məqalələri çap olunub.
Allah rəhmət eləsin!

Cebhe.info


Oxunma sayı: 1464