hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Gürcüdilli “Vikipediya”da Azərbaycan haqqında yeni məqalələr yaradılacaq 

Gürcüdilli “Vikipediya”da Azərbaycan haqqında yeni məqalələr yaradılacaq 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü və Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə “Vikipediya” təlimlərinə start veriləcək.

MEK-dən Cebhe.info-ya bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd gənclərə gürcü və Azərbaycan dillərindəki “Vikipediya”larda mövcud olan boşluqların aradan qaldırılması, məlumatların zənginləşdirilməsi qaydalarının öyrətməkdir.

Xüsusilə gürcü dilindəki “Vikipediya”da “İnkişaf və Təhsil Mərkəzi”nin könüllüləri tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında yeni məqalələr yaradılacaq və redaktə olunacaq. Təlimləri Vikimedia fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimov aparacaq.
Aydın
Cebhe.info


Oxunma sayı: 804