hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Gürcü katalikosun Şeyxə məktubuna XİN-dən CAVAB

Gürcü katalikosun Şeyxə məktubuna XİN-dən CAVAB

Gürcüstan Patriarxlığı bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın "Keşikçidağ" (David-Gareci) monastır kompleksi ilə bağlı Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə ünvanladığı məktubunu yayımlayıb.

Məktubda gürcü patriarxı Azərbaycan tərəfini, zəvvarların Çiçxituri və Udabno monastırlarına baş çəkmələrinin qarşısını faktiki olaraq kəsməkdə ittiham edib.

Onun yazdığına görə, Azərbaycan həmin monastırların yaxınlığında hələlik qeyri-müəyyən bir yerdə sərhəd sektoru tikib və ziyarətçilərin, turistlərin və hətta din xadimlərinin bu ibadət yerlərinə gedən yolunu tamamilə kəsib: “Təbii ki, biz bununla barışmayacağıq”.

Xarici İşlər Nazirliyindən Cebhe.info-ya verilən açıqlamada Azərbaycanın bu məsələdə demokratiya tərəfdarı olduğu bildirilib:

“Azərbaycan “Keşikçidağ” məsələsində demarkasiya və delimitasiyanın tərəfdarıdır. Azərbaycan istəyir ki, məsələ münaqişə yolu ilə deyil, demokratik yolla həll olunsun. Məsələnin həlli üçün komissiya qrupu işlər aparır. Azərbaycanın öz ərazilərini müdafiə etmək qərarı birmənalı və dəyişməzdir” .

Əli Bədir
Cebhe.info

 


Oxunma sayı: 8427