hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Gürcü spiker: ""Keşikçidağ" məsələsi ikitərəfli əməkdaşlıq yolu ilə həll olunmalıdır"

Gürcü spiker: ""Keşikçidağ" məsələsi ikitərəfli əməkdaşlıq yolu ilə həll olunmalıdır"

"David Qareci ( "Keşikçidağ") ilə bağlı məsələ ikitərəfli əməkdaşlıq yolu ilə həll olunmalıdır".

Bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı spesifik addımlar atılıb: "Baş nazir Giorgi Qaxariyanın Azərbaycana səfəri konkret nəticələr verib. Hesab edirəm ki, biz bu pozitiv trendi saxlayacağıq və sonda optimal qərar əldə edəcəyik".

Spiker qeyd edib ki, "Keşikçidağ" məsələsi milli əhəmiyyət kəsb edir.

O, məbəd kompleksinin bu gündən etibarən gürcü zəvvarlar üçün açılmasını alqışlayıb/Report.

Cebhe.info


Oxunma sayı: 529