hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Gürcüstan müxalifəti koalisiya hökumətindən imtina edə bilər

Gürcüstan müxalifəti koalisiya hökumətindən imtina edə bilər

Gürcüstanın müxalif Avropalı Gürcüstan və Azad Demokratlar partiyaları digər müxalif siyasi təşkilatları hakim Gürcü Arzusu Partiyası ilə koalisiya hökuməti yaratmaqdan imtina etməyə çağırıb.

Bu çağırış Avropalı Gürcüstan Partiyasının qərargahında keçirilən brifinqdə səsləndirilib.

Partiya liderlərindən biri Giqi Uqulava deyib ki, digər müxalif liderlər gələn il keçiriləcək parlament seçkilərindən sonra hakim partiya ilə koalisiya hökumətinə gedib-getməyəcəyi ilə bağlı mövqelərini açıqlamalıdır.

Hər iki partiya Qərb meyilli digər müxalif partiyalarla bu məsələ ilə bağlı məsləhətləşmələr və memorandum layihəsi üzərində iş aparmağa hazır olduğunu bildirib.

“Report” xatırladır ki, 2020-ci ildə Gürcüstanda proporsional qaydada parlament seçkiləri keçiriləcək. Seçkilərdən sonra qonşu ölkədə koalisiya hökumətinin yaradılacağı istisna olunmur.

Cebhe.info


Oxunma sayı: 320