hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Gürcüstana iki kiloqramdan çox qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb

Gürcüstana iki kiloqramdan çox qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb

Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində bəyan edilməmiş külli miqdarda qızıl və gümüş əşyalarının ölkəyə keçirilməsinin qarşısı alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Gürcüstan və Ermənistan vətəndaşlarının əl yükü və üzərilərinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilmiş və ümumi dəyəri 170,128.05 lari olan 2 kiloqramdan çox qızıl və 399,7 qram gümüş əşyalar aşkar olunub. Hər iki şəxs zinət əşyalarını qaçaqmal yolu ilə bədənlərində gizlətməklə Gürcüstana keçirməyə cəhd ediblər.

Faktla bağlı materiallar Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.

Cebhe.info


Oxunma sayı: 881