hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Gürcüstana qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

Bu ilin yanvar-mart aylarında Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 12 xarici ölkə vətəndaşı saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat yayıb.

Saxlanılan şəxslərin 3-ü Hindistan, 3-ü Banqladeş, 2-si Türkiyə, 1-i İran, 1-i Yəmən, 1-i Azərbaycan, 1-i Əfqanıstan vətəndaşıdır.

Hesabat dövründə əcnəbilərlə yanaşı, 5 Gürcüstan vətəndaşı da saxlanılıb.

Saxlanılan şəxslərə qarşı istintaq tədbirləri həyata keçirilir. Onları 4 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Cebhe.info


Oxunma sayı: 26735