hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Gürcüstana yatırılan sərmayə niyə azalıb? - İqtisadçı səbəbləri AÇIQLADI

Gürcüstana yatırılan sərmayə niyə azalıb? - İqtisadçı səbəbləri AÇIQLADI

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına 41,8 milyon ABŞ dolları həcmində investisiya yatırıb. 

Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib ki, hesabat dövründə Azərbaycan qonşu ölkəyə ən çox investisiya qoyan ölkələrin ilk 20-liyində yeddinci yeri tutub. İllik müqayisədə Azərbaycanın Gürcüstanda yatırdığı sərmayələrin həcmində 153,2 milyon dollar və yaxud 78,5 faiz azalma qeydə alınıb. Bu ilin ilk doqquz ayı ərzində Türkiyə Gürcüstana 158,6 milyon dollar həcmində sərmayə qoyaraq qonşu ölkənin bir nömrəli investoru olub. İkinci yerdə İrlandiya (132,5 milyon dollar), üçüncü yerdə isə Böyük Britaniyadır (122,5 milyon dollar). Qeyd edək ki, 2018-ci ildə Azərbaycanın Gürcüstana qoyduğu investisiyaların ümumi həcmi 246,5 milyon dollar təşkil edib. 

Azərbaycanın Gürcüstana yatırdığı sərmayələrin həcmi kəskin azalmasının səbəblərini iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya şərh edib. O bildirib ki, investisiyasının azalmasının əsas səbəbi TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri ilə bağlıdır: 

“Adıçəkilən layihələrin Gürcüstan ərazisində inşası üzrə tamamlama işləri artıq yekunlaşıb.

Həmin layihələrin əsas investoru və sponsoru Azərbaycan idi. Gürcüstan ərazisində TANAP-ın və dəmir yolunun yekunlaşması əlavə investisiyaların yatırılmasına ehtiyacı minimuma endirdi. SOCAR-ın investisiya portfelində də Gürcüstanla bağlı artıq bazarı doyurduğunun şahidi oluruq. Gürcüstan ərazisində yanacaqdoldurma məntəqələri üzrə ən geniş şəbəkə SOCAR-a aiddir. SOCAR həm də Gürcüstan ərazisində qazpaylayıcı şirkətdir. Bu istiqamətdə də investisiyaların yekunlaşması prosesi baş verir. Demək olar ki, Gürcüstanın bütün ərazilərində qazlaşma prosesi yekunlaşıb. Ona görə də, həm Azərbaycan dövləti, həm də SOCAR-ın xətti ilə böyük layihələrin yekunlaşması investisiyaların da kəskin azalmasına səbəb olub”. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 2036