hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Gürcüstanda fəhlələr etiraz aksiyası keçirdilər

Gürcüstanda fəhlələr etiraz aksiyası keçirdilər

Gürcüstanın Rustavi şəhərində metallurgiya zavodunun işçiləri mayın 16-da etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları əməkhaqlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını, təhlükəsizlik qaydalarına riayət olunmasını tələb ediblər.

Aksiyaya 100-dən çox fəhlə qatılıb.

Onlar əsasən əməkhaqlarının ən azı 1000 (min) lariyə qədər artırılmasını və iş saatının 12 saatdan 8 saata endirilməsini tələb edirlər.

AzərTAc-ın məlumatına görə, zavod əməkdaşları tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər. Zavod rəhbərliyi isə hələlik tələblərin yerinə yetirilməsini mümkünsüz hesab edir.

Cebhe.info


Oxunma sayı: 265