hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb

Bu il iyulun 1-nə Gürcüstanın Azərbaycana borcu 7 milyon 269 min ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu 166 min dollar azalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu da aylıq müqayisədə 70 900 dollar azalaraq 5 milyard 438 milyon 40 min dollar təşkil edib. Bu məbləğin 5 milyard 229 milyon 508 min dolları hökumətin payına düşüb.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyü dəyişməz olaraq qalıb. İlk üçlükdə Almaniya (317 milyon 48 min dollar), Fransa (241 milyon 16 min dollar) və Yaponiya (218 milyon 843 min dollar) yer alıb.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə nisbətən azalaraq, müvafiq olaraq 13 milyon 980 min dollar, 56 milyon 478 min dollar və 7 milyon 903 min dollar təşkil edib.

Cebhe.info


Oxunma sayı: 793