hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Gürcüstanın Baş naziri Azərbaycanla sərhəddəki vəziyyət haqda

Gürcüstanın Baş naziri Azərbaycanla sərhəddəki vəziyyət haqda

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək”.

Virtualaz.org “Gürcüstan Onlayn”a istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumətin iclasından öncə keçirdiyi brifinqdə bildirib.

Baş nazir hər kəsi komissiya və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə çağırıb: “Müvafiq qurumlar gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxlayıralar. İki gün bundan öncə təəssüfedici insident baş verib. Bu hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiya və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”.

Cebhe.info


Oxunma sayı: 1684