t Gürcüstanın baş naziri Dünya İqtisadi Forumunda iştirak edəcək
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Gürcüstanın baş naziri Dünya İqtisadi Forumunda iştirak edəcək

Gürcüstanın baş naziri Dünya İqtisadi Forumunda iştirak edəcək

Gürcüstanın baş naziri Giorgi Qaxaria 21-24 yanvarda İsveçrəyə işgüzar səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidməti məlumat yayıb.

G.Qaxaria səfər çərçivəsində Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək.

Forum çərçivəsində baş nazir müzakirələrə qatılacaq, bir sıra dövlət və hökumətlərin başçıları, beynəlxalq maliyyə institutlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

G.Qaxarianın başçılıq etdiyi nümayəndə heyətinə maliyyə naziri İvane Maçavariani, baş nazirin beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovani və iqtisadi məsələlər üzrə müşaviri Beka Liluaşvili daxil olacaq.

Cebhe.info


Oxunma sayı: 1255