hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Gədəbəy ABŞ-ın Oklahoma şəhəri ilə qardaşlaşıb

Gədəbəy ABŞ-ın Oklahoma şəhəri ilə qardaşlaşıb

Noyabrın 8-də Gədəbəylə Amerika Birləşmiş Ştatlarının Oklahoma şəhəri arasında qardaşlaşma Memorandumu imzalanıb.

Cebhe.info xəbər verir ki, bu haqda Gədəbəy rayon İcra Hakimiyyəyi məlumatı yayıb. 

Məlumata görə, Gəbəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin imzalanma törənində ən qədim insan məskənlərindən biri olan, gözəlliklər diyarı, hər qarışı tarixi abidələrlə zəngin Gədəbəyin mədəni irsi, böyük turizm və sənaye potensialı, folkloru, fauna və florası,rayonun tarixi ilə bağlı məlumatları iştirakçılarda hədsiz maraq doğurub.

Gəbəbəyin tanıtım videorolikləri, broşürlər, rayonun tarixini, mədəniyyətini özündə təcəssüm etdirən, nəfis tərtibatda hazırlanmış kitab və jurnallar Oklahomanın rəhbərliyinə, o cümlədən iştirakçılara təqdim edilib.

Cebhe.info


Oxunma sayı: 441