hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Gələn il dollar neçə olacaq?- Nazirlik proqnoz verdi

Gələn il dollar neçə olacaq?- Nazirlik proqnoz verdi

“Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” hazırlanıb.

Maliyyə Nazirliyinin məlumatına görə, büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsi istiqamətində növbəti addım olacaq sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir. 

Qeyd edək ki, göstəricilər icmal və dövlət büdcə layihəsi üzrə Maliyyə Nazirliyinin hazırladığı ilkin parametrlərdir. Azərbaycan Respublikasının büdcə sistemi haqqında qanunverciliyinə əsasən, icmal və dövlət büdcəsinin layihələri Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilir. Nazirlər Kabineti isə həmin layihələrə baxdıqdan sonra, Prezidentə təqdim edir.

Növbəti mərhələdə icmal və büdcə layihələri Prezident tərəfindən Milli Məclisə təqdim edilir.

Cebhe.info Nazirliyin məlumatına istinadən bildirilir ki, 2019-cu ilin birinci yarısında ölkə iqtisadiyyatının xarici şoklardan bərpa prosesi davam edib. Ötən illin eyni dövrü ilə iqtisadiyyatdakı real artım 2,4 faiz olub. 37,8 milyard manat dəyərində ümumi daxili məhsul istehsal edilib, onun qeyri-neft sektorunda isə 3,2 faiz artım qeydə alınıb.

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, bu meyillərin 2020-ci ildə və orta müddətli dövrdə də davam etməsi göstərilir. Gələn il ÜDM-in real artımı 2,4 faiz olmaqla  82,7 milyard manata çatacaq. Qeyri-neft sektorundakı ÜDM-in artımı 3,3 faiz olmaqla 54,2 milyard manat təşkil edəcək. Proqnoza əsasən ÜDM orta müddətli dövr üçün 3 faiz artaraq 96,9 milyard manat təşkil edəcək. ÜDM deflyatoru növbəti iki ildə 3 faizə qədər artsa da, 2020-23-cü ildə 1,8 faiz səviyyəsində qərarlaşacaq.

Proqnozlara görə, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi növbəti illərdə də əsas iqtisadi priotetlərdən biri olmaqda davam edəcək. Ortamüddətli dövrdə ÜDM-in qeyri-neft sektoru üzrə payı 65.8 faizə, neft sektorunun payı isə 34.2 faizə bərabər olacaq.

Açıqlamada qeyd olunur ki, cari ilin ilk yarısında inflyasiya 2,5 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının, içkilərin və tütün məmulatlarının artım tempi 0,3 faiz bənd, qeyri ərzaq məhsullarının artım tempi 2,% faiz-bənd, ümumilikdə istehlak məhsullarının və xidmətlərin artım tempi 0,5 faiz –bənd azalıb. Cari ilin sonunda inflyasiyanın səviyyəsinin 3,7 faizə bərabər olacağı proqnozlaşdırılır. 

2020-ci ildə inflyasiyanın səviyyəsinin 4,6 faizə qədər atmsı gözlənilir. Sonrakı illərdə isə artım tempinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunacağı gözlənilir. İnflyasiya səviyyəsi 2021-ci il üçün – 4,5, 2022 –ci il üçün 4,1 2023-cü il üçün isə 3,9 faiz proqnozlaşdırılır.

 2020-ci ildə cari əməliyyatlar balansında 1,7 ABŞ dolları səviyyəsində və ÜDM-in 2,1 faizi səviyyəsində profisit proqnozlaşdırılır ki, bu da maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtəcək.

Açıqlamaya görə, cari ilin ilk yarısında xarici ticarət dövriyyəsi 16.9 milyard ABŞ dolları olub ki, bunun da 7 milyard dolları idal əməliyyatları, 9,9 milyard dolları isə ixrac əməliyyatlarının payına düşüb, Nəticədə xarici ticarət hesabında 2,9 milyard dolları ABŞ dolları həcmində müsbət saldo yaranıb. Proqnozlara əsasən orta müddətli dövr ərzində xarici ticarət balansının mütəmadi artımı nəzərdə tutulur. 2020-ci il üçün ixraca yönələn 1 barel xam neftin qiyməti 55 dollar səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, milli valyutanın mübadilə məzənnəsi cari ildə olduğu kimi qalacaq. 2020-ci ildə manat -ABŞ dolları məzənnəsi 1,7 faiz səviyyəsində olacaq.

2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 617,7 mln manat, gəlirləri 24484.0 mln manat proqnozlaşdırılır. Büdcə kəsirlərinin isə 1133,7 mln manat olması gözlənilir.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1695