hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Gələn ilin yaşayış minimumu ilə bağlı layihə parlamentdə

Gələn ilin yaşayış minimumu ilə bağlı layihə parlamentdə

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Cebhe.info-nun xəbərinə görə, toplantının gündəliyinə 10 məsələ daxil edilib.

Əvvəlcə iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “2022-ci il üçün yaşayış minimumu haqqında”, “ 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri üçüncü oxunuşda komitə üzvlərinin müzakirəsinə təqdim edilib.

Daha sonra isə İnzibati Xətalar Məcəlləsinə, “Sosial sığorta haqqında”,“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”,“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda müzakirə olunub.

Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.

Cebhe.info


Oxunma sayı: 617