hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Gənc şair AYB-dən çıxarıldı: “Yəqin indi Çingiz Abdullayev sevinir...”

Gənc şair AYB-dən çıxarıldı: “Yəqin indi Çingiz Abdullayev sevinir...”

Gənc şair Elşad Barat Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən çıxarılıb.

Cebhe.info xəbər verir ki, bu barədə şair özünün “Facebook” səhifəsində yazıb.

E.Barat qeyd edib ki, AYB üzvlüyündən çıxarılması ilə bağlı "Ədəbiyyat" qəzetində elan verilib:

“Yəqin ki, indi Çingiz Abdullayevlə Rəşad Məcid ürəkdən sevinir. Bunların tayları bəşəriyyətin sülh teoremini yazıb “Nobel” alır, bunlar adi bir gənc yazarı Yazıçılar Birliyindən çıxarıb xoşbəxt olurlar”.

Qeyd edək ki, Elşad Barat vaxtaşırı qalmaqallı açıqlamalarla gündəmə gəlib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3092