hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Gəncədə həyətyanı sahələri su basıb: Elektrik enerjisinin verilişi dayandırılıb

Gəncədə həyətyanı sahələri su basıb: Elektrik enerjisinin verilişi dayandırılıb

Bu gün axşam saatlarında Gəncə şəhərində yağan leysan yağış və dolu bir sıra fəsadlar törədib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, leysan yağış səbəbindən avtomobillərin hərəkətində qismən çətinlik yaşanıb, şəhərin bəzi küçələrini, evlərin həyətyanı sahələrini su basıb.

Hava şəraitinə görə şəhərin bəzi hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda Gəncə şəhəri və ətraf rayonlarda yağıntılı hava şəraiti davam edir.

Cebhe.info


Oxunma sayı: 540