hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Gəncədə təbii qaz təchizatı bərpa olunub - "Azəriqaz"

Gəncədə təbii qaz təchizatı bərpa olunub - "Azəriqaz"

"Azəriqaz" İstehsalat Birliyinin qərargahına gecə saatlarında daxil olan məlumata görə, oktyabrın 17-də saat 00:50-də düşmən tərəfindən Gəncə şəhərinə atılan raketlərin törətdiyi dağıntılar səbəbindən həmin saatlarda təhlükəsizlik tədbiri olaraq şəhərin bütünlüklə təbii qaz təminatı dayandırılıb.

Birlikdən bildirilib ki, saat 07:35-də Gəncə şəhərində 150 abonent istisna olmaqla qaz təchizatı bərpa olunub. Hadisə baş verən M.Hacıyev və M.Axundzadə küçələrində 9 abonentin ünvanı isə artıq yoxdur.

Cebhe.info


Oxunma sayı: 914

Bizim Telegram səhifəmizi izləyin