hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Gəncədə yeni nəşr olunan kitabın təqdimat mərasimi olub

Gəncədə yeni nəşr olunan kitabın təqdimat mərasimi olub

Gəncə Mərkəzi Kitabxanasının oxu zalında, teatrşünas-tənqidçi, XVI Respublika Elmi Konfransının xüsusi diplomçucu, “MUĞAN-MEDİA” Beynəlxalq mükafatı laureatı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Anar Burcəliyevin sayca beşinci olan “Məqalələrim, Ressenziyalarım, Oçerklərim, və Müsahibələrim” adlı kitabının təqdimatı keçirilib. 

Tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərində fəaliyyət göstərən Baş konsulunun köməkçisi Ramil İsmayılov, şəhər ziyalıları, yazıçı və şairlər, elm və sənət adamları, oxucular iştirak ediblər. 

Kitabın elmi redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın əməkdar artisti Xəzər Gəncəli kitab və onun əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat verib. Yazıçı-dramaturq Nüşabə Məmmədli, AYB Gəncə bölməsinin sədri, respublikanın əməkdar mədəniyyət işçisi, şairə-dramaturq, Xəzangül, yazıçı Qərib Mehdi, şairə-dramaturq Aləmzər Əlizadə, filologiya üzrə fəlsəfə doktoru, respublikanın əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq Sahib İbrahimli, AMEA Gəncə filialının şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva və başqaları Azərbaycan ədəbi və mədəni mühitinə yeni bir töhfə olan “Məqalələrim, Ressenziyalarım, Oçerklərim və Müsahibələrim” kitabı haqqında öz fikirlərini söyləyiblər. 

Müəllif, teatrşünas-tənqidçi Anar Burcəliyev kitabın necə ərsəyə gəlməsindən, əsas məqsədinin unudulmuş sənətkarları yada salmaq, yeni nəslə tanıtdırmaq və bundan məmnunluq duyduğundan bəhs edib. Daha sonra müəllif  yeni nəşr olunan kitabını Gəncə Mərkəzi Kitabxanasının oxu zalına və təqdimat mərasimində iştirak edən qonaqlara hədiyyə edib.

Xatırladaq ki, teatrşünas-tənqidçi Anar Burcəliyevin  “Məqalələrim, Ressenziyalarım, Oçerklərim və Müsahibələrim” adlı kitabı “Aytac Nəşriyyat Poliqrofiya” MMC-nin mətbəəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın əməkdar artisti Xəzər Gəncəlinin elmi redaktorluğu və Eşqin Nağıyevin redaktorluğu ilə nəfis tərtibatda nəşr olunub.

Aydın
Cebhe.info


Oxunma sayı: 859