Gəncədə zəncirvarı qəzada 3 nəfər xəsarət alıb

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb.
Hərəkətə olan “VAZ2107” markalı minik maşını KIA markalı avtomobilə toqquşub, KIA markalı avtomobil isə “Mitsubishi” markalı minik maşınına çırpılıb.
Qəza zamanı “VAZ2107”-in sürücü və 2 sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info
Oxunma sayı: 1508
Bizim Telegram səhifəmizi izləyin